Paşinyan əsgər valideynlərinə hörmətsizlik edib

Paşinyan əsgər valideynlərinə hörmətsizlik edib
  28 Noyabr 2020    Oxunub:3085
Ermənistanın baş naziri Nikol Paşinyan dünən əsgər valideynləri ilə görüşdə axmaq ifadələr işlətdi və bizim reaksiyamızdan sonra səhvini başa düşərək üzr istədi.
Azvision.az xəbər verir ki, bu barədə görüşdə iştirak edən əsgər valideynlərindən biri deyib.

“Paşinyanla görüş zamanı ona vəziyyətə nəzarət etmədiyini söylədim. Dedim ki, işçiləri ona yanlış məlumatlar ötürürlər. Qarabağdakı əsgərlərin həqiqi vəziyyəti barədə məlumatı yoxdur.

18-20 yaşlı çağırışçıların xidmətlərini davam etdirmək üçün Ermənistan ərazisinə qaytarılmasını tələb etdik. Müdafiə nazirliyinin əsgərləri tamamilə unutduğunu baş nazirin diqqətinə çatdırdım. Paşinyan isə cavab olaraq dedi: "Sən nə istəyirsən, biz ora ikinəfərlik çarpayı aparaq? Məgər, bu cavabdır. Bu sözlərdən sonra hesab edirəm ki, artıq baş nazirimiz yoxdur", - deyə erməni əsgər atası bildirib.

Şikayətçinin sözlərinə görə, Paşinyan onların reaksiyasından sonra axmaq ifadə işlətdiyini başa düşərək üzr istəyib: "Məgər biz çarpayı istəyirik? Əsgərlər torpağın üstündə yatırlar, səhhətləri getdikcə pisləşir”.

Xatırladaq ki, bu gün Ermənistan müdafiə nazirliyinin binası qarşısında əsgər valideynləri etiraz aksiyası keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti