İrəvanda ziyalılar etiraz aksiyası keçirir

İrəvanda ziyalılar etiraz aksiyası keçirir
  28 Noyabr 2020    Oxunub:2629
Ermənistanın paytaxtı İrəvanda ziyalılar etiraz aksiyası keçirir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Şarl Aznavur meydanına toplaşanlar əsir və itkin düşən erməni hərbçilərin ailələrinə dəstək ifadə ediblər.

Xatırladaq ki, daha əvvəl "Erməni cəngavəri" təhsil-pedaqoji fondunun direktoru Karin Tonoyan əsir və itkin düşən əsgərlərin valideynlərinə dəstək olmaq, onların məsələlərinin düzgün həll olunmasını tələb etmək üçün aksiya keçirəcəklərini bildirmişdi.

Etirazçılar, həmçinin əsgərlərin sağlamlıq vəziyyəti, psixoloji durumu, çağırışçıların xidmət şərtləri ilə əlaqəli problemlərin həllini tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: etirazaksiyası  





Xəbər lenti