İranda bir gündə yoluxma sayı 13 mindən çox artdı

İranda bir gündə yoluxma sayı 13 mindən çox artdı
  29 Noyabr 2020    Oxunub:1991
İranda son sutka ərzində 13 min 402 nəfər koronavirusa yoluxub, 391 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 935 min 799, ölənlərin sayı isə 47 min 486 nəfərə yüksəlib.

Hazırda xüsusi təyinatlı xəstəxanalarda müalicə alan 5865 xəstənin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti