Avstriyalı xizəkçi Olimpiya çempionu oldu

Avstriyalı xizəkçi Olimpiya çempionu oldu
  09 Fevral 2014    Oxunub:1626
Avstriya xizəkçisi Mattias Mayer 6 millisaniyə üstünlüklə Olimpiya çempionu adını qazanıb.
Soçidə XXII Qış Olimpiya Oyunları davam edir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Olimpiya Oyunlarının üçüncü günündə Avstriya xizəkçisi Mattias Mayer Olimpiya çempionu adını qazanıb.

Xizəklə sürətli yürüş idman növündə 2 dəqiqə 6 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayan M.Mayer fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qalibdən 6 mikrosaniyə geri qalan italiyalı Kristof İnnerxofer gümüş medalla kifayətlənib.

Mötəbər yarışın bürünc medalına isə Norveç xizəkçisi Xetil Yansurd sahib olub.

“Vankuver-2010” Qış Olimpiya Oyunlarında xizəklə sürətli yürüş idman növündə bürünc medal qazanmış norveçli Aksel Lund Svindal Soçidə dördüncü pillədə qərarlaşıb.


Teqlər:  





Xəbər lenti