Paşinyan ölkədəki hərc-mərcliyi dayandırmağa çağırdı

Paşinyan ölkədəki hərc-mərcliyi dayandırmağa çağırdı
  29 Noyabr 2020    Oxunub:2198
Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin qaytarılması və itkin düşmüş hərbçilərin axtarışı məsələlərini tezləşdirmək üçün ölkədəki hərc-mərcliyi dayandırmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb.

“Biz ölkədə vəziyyəti tədricən sabitləşdirməliyik, onu daha da qəlizləşdirməməliyik. İndi ən vacib məsələ əsirlərin, itkin düşmüşlərin və potensial olaraq gizlənmiş hərbçilərin problemidir və onu tez həll etmək lazımdır”, - deyə Paşinyan qeyd edib.

O, həmçinin bildirib ki, daxili fikir ayrılıqları problemin həllini sürətləndirməyəcək.

“Kimin günahkar olduğu və hansı məsuliyyət daşıdığı hələ gələcəkdə bəlli olacaq. Ancaq indi biz problemin birgə həllinə köklənməliyik, bir-birimizlə dava etməyə yox. Buna əminəm”.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti