“Arayik zəng etdi ki, müharibəni dayandırmalıyıq” - Paşinyan sirləri açdı

“Arayik zəng etdi ki, müharibəni dayandırmalıyıq” -  Paşinyan sirləri açdı
  30 Noyabr 2020    Oxunub:15814
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı danışıqların döyüş əməliyyatları zamanı necə getdiyi barədə günün ikinci bəyanatını verib.

Azvision.az xəbər verir ki, Paşinyan bu barədə "Facebook" səhifəsində məlumat paylaşıb.
Paşinyanın sözlərinə görə, oktyabrın 19-da Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan ona zəng edərək müharibənin dayandırılmalı olduğunu deyib: "Arayik tək öz fikrini deyil, həm də Arkadi Qukasyan və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyanın mövqeyini çatdırıb".

Bundan sonra Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Rusiyanın təklifinə əsasən Qarabağın statusu məsələsi təxirə salınır, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana təhvil verilir və Rusiya sülhməramlıları Dağlıq Qarabağın sərhədləri boyunca və Laçın dəhlizində yerləşdirilir.

Baş nazir təklifi Arayik Arutyunyana təqdim edib və o razılığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə iclas keçirib və qərarı onlara da açıqlayıb. İclasın bir çox iştirakçısı narazılıqla reaksiya verib. Elə həmin gün Paşinyan parlamentin fraksiya nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırıb. Ölkə prezidenti və bütün ermənilərin katolikosu da orada iştirak edib.

"Mən müxalifəti inandırdım ki, onların üzərinə hansısa bir məsuliyyəti qoymağa hazırlaşmıram. Sadəcə belə bir addım atmaq niyyətində olduğumu bildirirəm ki, xalqdan gizli nəsə edirəm kimi anlaşılmasın".

Təhlükəsizlik Şurasının iclasından sonra Paşinyan Putinə zəng edərək təklifə razı olduğunu deyib.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti