Türkiyədə koronavirusdan daha 185 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 185 nəfər ölüb
  30 Noyabr 2020    Oxunub:2432
Türkiyədə son sutka ərzində 185 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6439 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 13 558, virusa yoluxanlar isə 494 351 nəfərə çatıb.

Türkiyədə indiyədək 400 242 pasiyent (son sutkada 4015 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti