İranın nüvə alimi necə öldürülüb - Qətlin təfərrüatları

   İranın nüvə alimi necə öldürülüb -    Qətlin təfərrüatları
  30 Noyabr 2020    Oxunub:7118
İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard istiqamətində gedərkən yolda baş verib. Fəxrizadəni cangüdənlərin olduğu 3 maşın müşayiət edib. Öndə gedən avtomobil atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemin olduğunu zənn edərək zirehli maşından çıxıb. Bu zaman təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları hadisə yerində olmayıb.



Sui-qəsd 3 dəqiqə davam edib. İranlı alim hadisə zamanı 4 güllə yarası alıb. Fəxrizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Nissan” markalı avtomobilin sahibinin oktyabrın 29-da İranı tərk etdiyi bildirilir. Hazırda qətllə bağlı araşdırma davam etdir. İran rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.



Azvision.az


Teqlər: İran   Alim   Qətl  





Xəbər lenti