Koronavirusa yoluxanların sayı 63 milyonu ötdü

  30 Noyabr 2020    Oxunub : 1384
 Koronavirusa yoluxanların sayı 63 milyonu ötdü
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 63 milyon 72 min 905 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 465 min 186 nəfərdir. İndiyədək 43 milyon 546 min 236 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Statistika