Maduro telefon nömrəsini paylaşdı

  30 Noyabr 2020    Oxunub : 1234
Maduro telefon nömrəsini paylaşdı
Venesuela prezidenti Nikolas Maduro şəxsi telefon nömrəsini paylaşaraq, həmyerlilərindən onu mesencerlərdəki söhbətlərə əlavə etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Maduronun "Twitter" səhifəsində məlumat paylaşılıb.

Maduro bildirib ki, o, "Telegram" və "WhatsApp" şəbəkələrində Venesuela ilə bağlı həqiqət uğrunda mübarizəyə qoşulur: "Bu mənim telefon nömrəmdir - 04262168871, məni öz qruplarınıza əlavə edin".

Azvision.az

Teqlər: Venesuela   Maduro