Əli silahlı keşiş Kəlbəcərdən qaçdı

  30 Noyabr 2020    Oxunub : 2062
Əli silahlı keşiş Kəlbəcərdən qaçdı
Kəlbəcərin məşhur Dadivank (Xudavəng) monastrının rahibi Hovanes Havanisyan Ermənistana köçüb.
Azvision.az xəbər verir ki, o, bütün ermənilərin katolikosu II Qareginin əmri ilə müvəqqəti olaraq Ermənistandakı kilsəyə köçürülüb.

Məlumata görə, guya onun sağlamlıq problemləri yaranıb və lazımi müalicəni aldıqdan sonra Kəlbəcərə qayıdacağı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Kəlbəcərdəki monastrın rahibi olmuş Hovanes Havanisyanın əli silahlı fotosu yayılmışdı. Daha sonra onun 28 il öncə Qarabağda azərbaycanlı dinc əhalinin qətlində iştirakı müəyyən edilib. Bundan əlavə, Havanisyanın Birinci Qarabağ müharibəsində döyüşməsini göstərən fotoları üzə çıxıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Rahib   Kəlbəcər   Xudavəng