“Paşinyan iflasa uğrayıb və açıq-aşkar yalan danışır” - Erməni politoloq

 “Paşinyan iflasa uğrayıb və açıq-aşkar yalan danışır” -  Erməni politoloq
  30 Noyabr 2020    Oxunub:2429
Baş nazir Nikol Paşinyan danışıqlarda iflasa uğradı və indi açıq şəkildə yalan yazır.

Azvision.az xəbər verir ki, bu barədə erməni politoloq Karen Bekaryan bildirib. “O, kimləri axmaq hesab edir? Nəyi nə ilə müqayisə etdiyini anlamır?", - deyə Bekaryan Paşinyanın "Facebook"dakı açıqlamasına münasibət bildirərkən söyləyib.
Politoloq Paşinyanın 2018-ci ilə qədər Qarabağ məsələsinin dalana dirənmiş vəziyyətə gəlib çıxması və yeganə həll yolunun ərazilərin qeyd-şərtsiz təhvil verilməsi barədə fikirlərinə də toxunub: “Bu, başqa bir açıq yalandır, çünki şəxsən özü danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirdi. Azərbaycan Naxçıvan da daxil olmaqla sərhəd zonası boyunca mövqelərini yaxşılaşdırdı. Sən isə bacarmadığın üçün heç nə etmədin. Bir ildən çoxdur ki, cəmiyyətimizə bu cür düşünülməmiş razılaşmaların insanların həyatını xilas etsə də, müvəqqəti olduğunu izah edirik, çünki qarşı tərəf hazırlaşır.

İkincisi, hazırlıqsız, məsləhətləşmədən Dağlıq Qarabağı təmsil edə bilməyəcəyini deməklə danışıqlar prosesinin bütün gedişatını pozdu. Üçüncüsü, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi. Bütün diplomatik korpus və dövlət aparatı iflic olmuşdu. Bu vəziyyətdə diplomat nəyə güvənməli idi, nəyə görə mübarizə aparırdıq? Bircə tutarlı açıqlama verilmədi. Yeni təyin olunmuş xarici işlər naziri deyir ki, diplomatik deyil, hərbi sahədə məğlub olmuşuq. Başqa sözlə, marazm getdikcə güclənir".

Paşinyanın Şuşa ilə bağlı açıqlamasını şərh edən Bekaryan bildirib: “Onun səhər mətnini psixiatrlara göndərmək lazımdır, çünki ölkəni çökdürən, ərazilərdən imtina edən, bu qədər qurbana səbəb olan şəxs özü üçün mübarizə aparır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti