İrəvanda əsgər valideynləri yenidən etiraza qalxdı

 İrəvanda əsgər valideynləri yenidən etiraza qalxdı
  30 Noyabr 2020    Oxunub:1859
İrəvanda erməni əsgərlərin valideynləri hökumət binası qarşısında yenidən etiraz aksiyasına başlayıb.
Azvision.az xəbər verir ki, onlar övladlarının Qarabağdan Ermənistana qaytarılmasını tələb edirlər.

Valideynlərdən biri Asmik Qriqoryan bildirib ki, Madagiz, Cəbrayıl və Hadrutdakı döyüşlərdə iştirak edənlər yanvar ayında tərxis olunmalıdır:

"Mənim övladım bunların arasındadır. Biz uşaqlarımızın bir ay tez tərxis olunmasını istəyirik. Onlar böyük müharibədə iştirak etdilər, dostlarını itirdilər, gecəni hərbi postlarda, küçədə keçirdilər və indi məktəblərdə yerdə yatırlar".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya  





Xəbər lenti