“Erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq” - Ter-Petrosyan

 “Erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq” -  Ter-Petrosyan
  30 Noyabr 2020    Oxunub:2204
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hesab edir ki, baş nazir Nikol Paşinyanın özünə haqq qazandırmaq şansı yoxdur və erməni xalqı onu heç vaxt bağışlamayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan “Facebook" hesabında yazıb.

Bundan əvvəl Paşinyan keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya baş tutmayan səfər hazırlıqları barədə danışıb. Paşinyan bildirib ki, Vladimir Putinin keçmiş prezidentləri xüsusi nümayəndə kimi qəbul etməsi üçün ona vasitəçi rolunu oynamağı təklif ediblər, amma razılaşmayıb.

“Ter-Petrosyan milləti ölümə aparan bu zərərvericinin (Paşinyan-red) dediklərinə münasibət bildirməyi mənasız hesab edir. İstədiyini danışsın. Onsuz da özünə haqq qazandırmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti