`Böyük oyun`un nəticəsi `Qarabağ`ı lider etdi

`Böyük oyun`un nəticəsi `Qarabağ`ı lider etdi
  10 Fevral 2014    Oxunub:2098
Bu gün Premyer Liqada 20-ci tura yekun vurulub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Günün ilk matçı Zaqatalada baş tutub. Burada yerli "Simurq" klubu paytaxtın "Bakı" komandasını qəbul edib. Qonaqlar Rauf Əliyevin yeganə qolu ilə qalib gəliblər - 1:0.

Turun ən böyük maraq doğuran görüşü Lənkəranda keçirilib. Üçüncü dövrəyə qələbə ilə başlayan "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edib. "Böyük oyun"da sevinən tərəf olmadı (1:2). Bununla da "Neftçi" 38 xal toplamaqla turnir cədvəlində birinci yerə sahib çıxa bilmədi. Birinci yeri 39 xalla "Qarabağ" tutur.

9 fevral (bazar)

16:00."Xəzər Lənkəran" - "Neftçi" - 2:2
Qollar: Tyeqo, 9-avtoqol (0:1), Araz Abdullayev, 52 (0:2), Nildo, 82 (1:2), Skarlatake, 90+3 (2:2)
Qırmızı vərəqə: Tərlan Quliyev, 90 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
"Xəzər Lənkəran" mərkəzi stadionu

15:00."Simurq" - "Bakı" - 0:1
Qol: Rauf Əliyev, 18 (0:1)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov
Zaqatala şəhər stadionu

8 fevral (şənbə)

"Qəbələ" - "Qarabağ" - 0:1
Qol: Reynaldo, 74 (0:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov
Qəbələ şəhər stadionu

Matçın 79-cu dəqiqəsində "Qəbələ"nin qapısına təyin olunan penalti zərbəsini Riçard Almeyda dəyərləndirə bilməyib. Almeydanın zərbəsini "Qəbələ"nin qolkiperi Kamran Ağayev zərərsizləşdirib.

"Rəvan" - "İnter" - 1:2
Qollar: Aleksandr İaşvili, 17 (0:1), Oke Akpoveta, 56 (1:1), Vaqif Cavadov, 90+5-pen (1:2)
Qırmızı vərəqə: Hüseyn Axundov, 44 ("Rəvan")
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Sərxan İsmayılov
"Bayıl Arena"

AZAL - "Sumqayıt" - 2:2
Qollar: Nedo Turkoviç, 45 (1:0), Tərzin Cahangirov, 59 (1:1), Viktor İqbekoyi, 80 (2:1), Pərdis Fərcad-Azad, 88-pen (2:2)
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Rahil Ramazanov, Ramil Əhmədov
"AZAL Arena"


Teqlər:





Xəbər lenti