Nazirlikdən
Azvision.az -a bildirilib ki, noyabrın 27-28-də keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonunda Elçin Məmmədova məxsus qab-qacaq mağazasında, Binəqədi rayonunda Vasif Əliyevə məxsus şirniyyat mağazasında, “Nur ST” MMC-yə məxsus “Diş klinikası”nda, Ayxan Rüstəmova məxsus “Azoro qrup avtoyuma” xidmət obyektində, Nəsimi rayonunda “LC Waikiki” geyim mağazasında, “Spar market”də, Səbail rayonunda “Miniso CO” MMC-yə məxsus mağazada, Xəzər rayonunda Əhmədağa Xəlilova məxsus “Qarışıq mallar mağazası”nda, Suraxanı rayonunda “Rahat Yeni Günəşli” mağazasında, Zabitə Mirzəyevaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Bizim market”də, “Avromart Əhmədli” mağazasında, “Kontakt home” mağazasında, Mehman Əliyevə məxsus “Avto ehtiyat hissələri mağazası”nda, Nizami rayonunda “Baby mall” mağazasında, “Təndir dəyirman un məmulatlarının satışı” obyektində, Nərimanov rayonunda “Oba market”də, “FAB tikinti materialları” mağazasında, “İdeal” ticarət obyektində, “Murad-Farm” MMC-yə məxsus aptekdə, Yasamal rayonunda “ABC-Telecom” MMC-yə məxsus mağazada, Sabunçu rayonunda “Can market”də, Xəzər rayonunda Denis Aslanova məxsus “Gəncə təndiri” ticarət obyektində, ümumilikdə 28 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əmək edilmədiyi müəyyən olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
Azvision.az