Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı açıqlama

Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı açıqlama
  01 Dekabr 2020    Oxunub:3086
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları nəqliyyat vasitələrinin təhlükəsizliyini və vətəndaşların Dağlıq Qarabağdakı Laçın dəhlizi boyunca hərəkətini təmin edirlər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sülhməramlılar mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizi ilə keçməsini, qida və müxtəlif malların daşınmasını təmin edir. Eyni zamanda infrastruktur obyektlərinin bərpası vəzifələrini yerinə yetirən təmir qruplarını müşayiət edir və onların təhlükəsizliyinin təminini həyata keçirir”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Laçın  





Xəbər lenti