“Döyüşdə zirehli jiletləri belə olmayıb” - Erməni hərbçilərin ailələri etiraz edir
"60 nəfərdən 34-ü itkin düşdü. Bizə heç bir məlumat verilmir. Hərbi hissədən deyirlər ki, hansısa məlumat verməyə səlahiyyətləri çatmır".
“42 gündür nəvələrimə, cavan gəlinimə nə cavab verəcəyimi bilmirəm. 3 azyaşlı övladı oğlumu gözləyir. Övladlarımızı salamat apardıqları kimi, onları sağ qaytarsınlar. Dövlətimiz haradadır, hara baxır?", -deyə digər valideyn fəryad edib.
Aksiya iştirakçıları müharibədə itkin düşən yaxınının döyüşlərdə aktiv iştirak etdiyini və lazımi elementar hərbi əşyalarla belə təmin olunmadığını bildirib: "Uşaqlar müharibəyə aparıldı. Amma niyə ona zirehli jilet verilmədi?”.
Etirazçılardan biri əlavə edib: "Uşaqlarımız Qafanda xidmət edirdilər. Amma Zəngilanda peyda oldular. İndi isə tapa bilmirik".
Tural Tağıyev
Azvision.az
Teqlər: İtkin Etiraz-aksiyası