Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır
  01 Dekabr 2020    Oxunub:1362
Dekabrın 1-dək fermerlər sahələrdən 327586 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 32586 ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.
Bu barədə Azvision.az -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,79 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,29 sentner çoxdur. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,35 sent/ha), Neftçala (38,46 sent/ha), Tərtər (36,58 sent/ha), Beyləqan (34,92 sent/ha), Yevlax (34,62 sent/ha), Ağcabədi (34,27 sent/ha), Goranboy (33,84 sent/ha), Saatlı (33 sent/ha), Bərdə (32,81 sent/ha), Sabirabad (32,19 sent/ha), Ağdam (32,15 sent/ha) və Zərdab (30 sent/ha) rayonlarında qeydə alınıb.

2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pamblıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar. Pambıq sahəsinin hər hektarına görə fermerə 220 manat subsidiya verilir, eyni zamanda fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.

Azvision.az



Teqlər: Pambıq  





Xəbər lenti