Ronaldo Azərbaycana qarşı oynamayacaq

  22 Mart 2013    Oxunub : 554
Ronaldo Azərbaycana qarşı oynamayacaq
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo martın 26-da Azərbaycan yığmasına qarşı Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna futbolçunun bu gün İsraillə DÇ-2014-ün rəsmi matçının 72-ci dəqiqəsində sarı vərəqə alması səbəb olub. Bu, futbolçunun cari seçmə mərhələdə ikinci sarı vərəqəsidir.

Beləliklə, mövcud qaydalara əsasən, ikinci sarı vərəqə ilə cəzalandığından Ronaldo millimizlə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda meydanda olmayacaq.

Teqlər: