“Azərbaycan xristian məbədlərinin mühafizəsini təmin edə biləcək” - Rusiya səfiri

 “Azərbaycan xristian məbədlərinin mühafizəsini təmin edə biləcək” -  Rusiya səfiri
  01 Dekabr 2020    Oxunub:1894
Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "TASS"a müsahibəsində deyib. O, bildirib ki, Azərbaycan Prezidenti bu mövzuda dəfələrlə danışıb:

“Noyabrın 23-də Ağdamdakı məscidi ziyarət edərkən, 25 noyabrda Kəlbəcər rayonunun azad edilməsi münasibətilə xalqa müraciətində Prezident bütün tarixi abidələrin dövlət tərəfindən mühafizə edildiyini vurğuladı. Həmçinin, xristian abidələrinin Azərbaycanın dövlət himayəsində olan tarixi və mədəni irsi olduğunu qeyd edib".

Diplomat, həmçinin Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayıb: "Biz bilirik ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Burada müxtəlif xalqların və dinlərin hüquq və azadlıqları bərabər səviyyədə təmin olunub. Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: xristianabidələri  





Xəbər lenti