“Qarabağ”ın oyununun yeri dəyişdirildi

“Qarabağ”ın oyununun yeri dəyişdirildi
  01 Dekabr 2020    Oxunub:3129
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Azvision.az -ın məlumatına görə, XII turun “Qəbələ” – “Qarabağ” oyunu ilə XVIII turun “Qarabağ” – “Qəbələ” matçlarının yeri dəyişdirilib.

Komandalar dekabrın 6-da Bakıda üz-üzə gələcək. Buna “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti səbəb olub.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu qitə miqyaslı oyunlarını Azərbaycandan kənarda keçirdiyini əsas gətirib və vaxt məhdudiyyəti səbəbindən görüşlərin yerinin dəyişdirilməsini istəyib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.

Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti