“Prokurorluq Paşinyanın əlində oyuncaqdır” - Koçaryanın vəkili

 “Prokurorluq Paşinyanın əlində oyuncaqdır” -  Koçaryanın vəkili
  01 Dekabr 2020    Oxunub:1628
2018-ci ildən bəri dəfələrlə Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinin siyasi təqib olduğunu bildirdik.
Azvision.az xəbər verir ki, bunu Koçaryanın vəkili Ayk Alumyan bildirib. O deyib ki, bu müddət ərzində dəfələrlə Koçaryana qarşı siyasi təqiblərin aparıldığına dair dəlillər təqdim ediblər:

“Nikol Paşinyanın son açıqlaması bizim üçün yeni bir şey deyildi, sadəcə Koçaryana qarşı siyasi təqiblərin aparıldığının əlavə sübutu oldu. Bu, prokurorluğun Paşinyanın əlində bir “marionetka” olduğunu və bütün əmrləri, kaprizləri itaətkarlıqla yerinə yetirməsinin bir daha sübutudur".

Alumyan qeyd edib ki, hazırda prokurorlara etiraz edilməsi məsələsi müzakirə olunmalıdır, amma olunmayıb: “Hər şey baş prokurorun nəzarəti altında baş verir və prokurorlara etiraz etmək mənasızdır, çünki əvəzləmə vəziyyətin dəyişməsinə səbəb olmayacaq".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya baş tutmayan səfərindən danışıb. O bildirib ki, Koçaryanın pasportu məhkəmədə olub.

"Mən bildirdim ki, prokurordan məhkəmə tərəfindən Koçaryanın pasportunun qaytarılmasına etiraz etməməsini xahiş edəcəm. Və belə oldu. Məhkəmə pasportu Koçaryana qaytardı, ancaq Ter-Petrosyan və o, Moskvaya uçmadılar".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti