İsveçrəli deputatlardan Azərbaycana mühüm dəstək

  01 Dekabr 2020    Oxunub : 1400
 İsveçrəli deputatlardan Azərbaycana mühüm dəstək
Azərbaycanın İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı səfirliyi açıqlama yayıb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi məqsədilə apardığı hərbi əməliyyatlar çərçivəsində ölkəmizin haqlı mövqeyinin İsveçrənin bütün siyasi təbəqələrinə çatdırılması Səfirliyin işində mühüm yer tutub. Həmin müddət ərzində İsveçrənin müxtəlif siyasi partiyaları və Federal Şuranın üzvləri ilə yaxından işlər aparılıbvə nəticə etibarı ilə Şuranın bir çox üzvləri bu istiqamətdə rəsmi dəstəklərini diqqətə çatdırıblar.

İsveçrəli parlamentarilər bu münaqişədə BMT Təhlükəsizlik Şurasının dört qətnaməsinin rəhbər tutulduğunu, son 30 ildə isə İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu səbəblə 10 noyabr tarixli razılaşmanın önəmini bir daha vurğulayıblar.

Bunlar arasında Federal Şuranın üzvləri xanım Claudia Fiedl, cənab Fabian Molina və cənab Josef Dittli xüsusi olaraq dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini və nəticədə çoxlu sayda mülki şəxslərin yaralanaraq həlak olmasını ciddi narahatlıqla qarşılayıb, Cenevrə Konvensiyasına istinadən, mülki insanların və şəhərlərin vurulmasını beynəlxalq əhəmiyyətli cinayət, mülki infrastrukturun dağıdılmasını isə qəbul edilməz olduğunu bildiriblər. Onlar, yaranmış humanitar mənzərə qarşısında, İsveçrənin kömək məqsədi ilə cari ilin 20 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinə bir milyon İsveçrə Frankı dəyərində maliyyə töhfəsi etdiyini diqqətə çatdırıblar”.

Azvision.az

Teqlər: Azərbaycan   İsveçrə