Paşinyanın fraksiyasını daha bir deputat tərk etdi

 Paşinyanın fraksiyasını daha bir deputat tərk etdi
  01 Dekabr 2020    Oxunub:1425
Ermənistanın hakim “Mənim addımım” blokunun parlament fraksiyasını daha bir deputat tərk edib.
Azvision.az xəbər verir ki, frakiyanın üzvü Qor Gevorkiyan bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini bildirib.

“Bu dövrdə aşkara çıxan müəyyən reallıqlara, dövlətin qarşısında dayanan bir sıra vacib problemli məsələlər üzrə fikir ayrılıqlarına əsaslanaraq, “Mənim addımım” blokunun fraksiyasını tərk etməyə və müstəqil deputat olaraq seçicilər qarşısında vəzifələrimi yerinə yetirmək qərarını verdim.

Üzləşdiyimiz problemlərin institusional həllinə yalnız milli konsolidasiya, daxili siyasi sabitlik, Ermənistan konstitusiyasına qeyd-şərtsiz əməl etmək yolu ilə nail olmaq mümkündür”.

Gevorkiyan hökümətin fəaliyyətini açıq şəkildə tənqid edən və hakim parlament fraksiyasını tərk edən Paşinyanın sayca üçüncü müttəfiqidir.

Hazırda “Mənim addımım”ın parlamentdə 85 deputatı var, Paşinyan parlamentdə konstitusiya çoxluğunu itirib. Daha iki millət vəkili mandatlarından imtina edəcəklərini bildiriblər, lakin onlarla bağlı yekun qərar hələ məlum deyil. “Mənim addımım”dan olan deputatların sayı 79-a düşsə, o zaman məcəllələrin aid olduğu konstitusiya qanunlarını qəbul edə və namizədlərini, məsələn, Mərkəzi Bank və ya MSK-da rəhbər kimi əsas vəzifələrə təyin edə bilməyəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mənimaddımım  





Xəbər lenti