“Komandirimiz yox idi, mühasirəyə düşdük” - Erməni döyüşçü

  01 Dekabr 2020    Oxunub : 1675
“Komandirimiz yox idi, mühasirəyə düşdük” -  Erməni döyüşçü
İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan acınacaqlı vəziyyətlə üzləşib.
Azvision.az xəbər verir ki, 44 günlük müharibədə itkin düşən erməni hərbçilərin valideynləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Yaxınlarından məlumat ala bilməyən ermənilər ordudakı acınacaqlı durumla bağlı ifşaedici faktlar açıqlayıblar. Eçmiədzindəki hərbi hissənin qarşısında keçirilən aksiya zamanı müharibə iştirakçısı Davit Katanyan jurnalistlərə deyib:

“A nöqtəsindən B nöqtəsinə keçməliydik. Ancaq B nöqtəsinin harada olduğu qeyd edilmədi və beləcə gedib mühasirəyə düşdük. Zorla da olsa mühasirədən çıxa bildik. Amma qardaşım və dostlarım bacarmadılar. Mən birinci avtobusdaydım. Bizim başımızın üstündə rəhbər, komandirimiz yox idi. Kömək istəmişdik, ancaq kömək gəlmədi. İtkin düşən oğlanlarımızın harada ola biləcəyinə dair heç bir fikrim yoxdur”.

Etirazçılar bu yaxınlarda baş nazirlə görüşdüklərini də xatırladıblar. Nikol Paşinyan onlara deyib ki, Azərbaycanın nəzarətində olan rayonlar hazırda Ermənistan tərəfi üçün əlçatmazdır. Ona görə də Qırmızı Xaç Komitəsinin ümidinə qalıblar və gözləməkdən başqa çarələri yoxdur.

Tural Tağıyev
Azvision.az

Teqlər: İtkin   Mühasirə   Ermənistan