Türkiyə-Rusiya Monitorinq Mərkəzində hərbçilərin sayı eyni olacaq

  01 Dekabr 2020    Oxunub : 1782
 Türkiyə-Rusiya Monitorinq Mərkəzində hərbçilərin sayı eyni olacaq
Azərbaycanda yaradılacaq atəşkəsə nəzarət üzrə birgə monitorinq mərkəzində Rusiya və Türkiyənin heyəti eyni sayda olacaq.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
O xatırladıb ki, noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Rusiya-Türkiyə monitorinq mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib.

Mərkəz Azərbaycan ərazisində yerləşəcək və orada iki ölkənin hərbçilərinin sayı bərabər olacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İqorKonaşenkov   Rusiya   Türkiyə