Türkiyədə COVID-19 peyvəndinin tətbiqinə başlanılır

Türkiyədə COVID-19 peyvəndinin tətbiqinə başlanılır
  02 Dekabr 2020    Oxunub:1724
Dekabrda Türkiyəyə ən azı 10, böyük ehtimalla təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bu rəqəm yanvarda 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək: "Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur".

Nazir yerli peyvəndin aprel ayından etibarən aktiv şəkildə tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti