Latviyada fövqəladə vəziyyət rejimi uzadıldı

Latviyada fövqəladə vəziyyət rejimi uzadıldı
  02 Dekabr 2020    Oxunub:1173
Latviyada koronavirus infeksiyası ilə bağlı tətbiq olunan fövqəladə vəziyyət rejimi yanvarın 11-dək uzadılıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə qərar hökumət və Böhran İdarəetmə Şurasının birgə iclasında qəbul edilib.

İclasdan sonra jurnalistlərə açıqlama verən Baş nazir Krişyanis Kariniş bildirib ki, Latviyada koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir və bu səbəbdən hökumət insanlar arasında təmasları azaltmaq, infeksiya zəncirlərini qırmaq üçün fövqəladə vəziyyəti uzatmağa və məhdudiyyətləri sərtləşdirməyə məcburdur.

"Bu gün verilən əsas qərar fövqəladə vəziyyət rejiminin 11 yanvar tarixinə qədər uzadılmasıdır. Eyni zamanda, insanlar arasındakı təmasları mümkün qədər məhdudlaşdırırıq”.

Bundan əlavə, ölkədə bütün bağlı məkanlarda tibbi maskadan istifadə məcburi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: fövqəladəvəziyyət  





Xəbər lenti