40 milyondan çox insan kölə kimi yaşayır

40 milyondan çox insan kölə kimi yaşayır
  02 Dekabr 2020    Oxunub:1636
Dünyada 40 milyondan çox insan müasir köləlik formalarına məruz qalır, onların 71% -i qadınlardır.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Köləliyin ləğvi üzrə beynəlxalq mübarizə günü ilə əlaqədar yaydığı bəyanatda deyilir.
“Bu gün 40 milyondan çox insan müasir köləliyin qurbanıdır. Qadın və qızlar bu rəqəmin 71 faizini təşkil edir”, - deyə Baş katib vurğulayıb.

Onun sözlərinə görə, gender bərabərsizliyi ayrı-seçkilik modelini daha da gücləndirir. Quterreş bütün BMT üzvlərini bu iyrənc təcrübələrə son qoymaq üçün daha çox səy göstərməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   Kölə  





Xəbər lenti