Ermənistanda 2228 nəfər koronavirusdan ölüb

Ermənistanda 2228 nəfər koronavirusdan ölüb
  02 Dekabr 2020    Oxunub:1281
Ermənistanda son sutka ərzində daha 1264 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bununla ölkədə virusa yoluxanların sayı 137 231-ə yüksəlib.

Son bir gündə Ermənistanda koronavirusdan daha 35 nəfər ölüb, pandemiya qurbanlarının ümumi sayı 2228-ə çatıb. Koronavirusa yoluxmuş, lakin başqa səbəbdən ölənlərin sayı 567 nəfərdir.

Hazırda Ermənistanda 22 641 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti