Matviyenko özünü təcrid etdi

Matviyenko özünü təcrid etdi
  02 Dekabr 2020    Oxunub:1475
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko koronavirus xəstəsi ilə təmasdan sonra özünü təcrid edib.
Azvision.az xəbər verir ki, bunu Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yaskin bildirib.

"Valentina İvanovna koronavirusa yoluxmuş şəxslə təmasda oldu və qaydalara uyğun olaraq özünü təcrid etdi. Məsafədən işləyir".

Palatanın mətbuat xidmətinin rəhbəri Vladislav Ponomarenkonun verdiyi məlumata görə, Matvienko deputatlarla, komitə rəhbərləri ilə daim təmasdadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti