Rusiyada COVID-19-dan ölənlərin sayı 41 mini keçdi

Rusiyada COVID-19-dan ölənlərin sayı 41 mini keçdi
  02 Dekabr 2020    Oxunub:1594
Rusiyada son sutka ərzində koronavirusa 25 345 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 347 401 nəfərə çatıb.

Rusiyada son sutkada 589 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 41 053 nəfərdir. İndiyədək 1 830 349 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvnə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti