Xankəndində Paşinyanın kitabları zibilxanaya atıldı

Xankəndində Paşinyanın kitabları zibilxanaya atıldı
  02 Dekabr 2020    Oxunub:1890
Xankəndi şəhərində olan erməni jurnalist Tsovinar Barxudaryan qəribə bir mənzərə ilə rastlaşıb.
Azvision.az xəbər verir ki, jurnalist şəhərdə yaşayan ermənilərin Ermənistanın baş naziri Nikol Paşinyana nifrət etdiyini deyib.

O, özünün “Facebook” səhifəsində "bu günlərdə Xankəndi" başlığı ilə paylaşdığı statusunda qeyd edib ki, şəhərdə Paşinyanın kitablarını zibil qutularına atırlar. Nikolun zibilxanada olan kitablarının üstünə xain yazılıb.

"Qanuni Yol" adlı QHT-nin rəhbəri, hüquq müdafiəçisi Ruben Melikyan da məlum fotoları paylaşaraq onu Nikolun əleyhinə başladılacaq kampaniyaya çevirməyi təklif edib. Melikyan, Xankəndində başlayan bu addımı “səs verməyin" haştağı ilə paylaşmağı məsləhət bilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Nikol   Zibil   Xankəndi  





Xəbər lenti