“Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox vacibdir” - Çavuşoğlu

  02 Dekabr 2020    Oxunub : 1919
“Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox vacibdir” -  Çavuşoğlu
Türkiyə hər zaman Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll yolunu dəstəkləyib.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox vacibdir:

“1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın torpaqlarının 20 faizinin qanunsuz işğalına “dondurulmuş münaqişə” kimi yanaşıldı. Lakin baş verən son hadisələr münaqişənin dondurulmadığını, istənilən anda alovlana biləcəyini göstərdi. Biz Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə bəyanatı dəstəklədik. Azərbaycanın istəyi ilə Türkiyə regionda sülhü qorumaq və atəşkəsi monitorinq etmək üçün öz üzərinə vəzifə götürəcək”.

Çavuşoğlu, həmçinin əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmaqla yanaşı, regional əməkdaşlığı da dəstəkləyib.

Pərvnə Sultanova
Azvision.az

Teqlər: Qarabağ