“Qarabağa dair üçtərəfli bəyanat ardıcıl icra edilir” - Putin

 “Qarabağa dair üçtərəfli bəyanat ardıcıl icra edilir” -  Putin
  02 Dekabr 2020    Oxunub:2309
Qarabağa dair üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclasında bildirib.

“Hazırda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli üçtərəfli bəyanatı ardıcıl olaraq həyata keçirilir. Rus sülhməramlıları təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilir”, - deyə Putin vurğulayıb.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyanın aktiv vasitəçilik səylərinin tələb olunduğu hər kəsə yaxşı məlumdur: "Eyni zamanda, ATƏT-in Minsk Qrupunun, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə edilmiş əsas razılaşmalardan çıxış etdik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti