Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tikilir

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tikilir
  02 Dekabr 2020    Oxunub:2994
Hazırda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, qısa müddət ərzində Türkiyə heyəti Qarabağda nəzarət prosesinə başlayacaq:

"Çox qısa bir müddətdə heyətimiz orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsini birlikdə yerinə yetirəcək".

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, Qarabağda 10 noyabr tarixində atəşkəs elan edilib, hərbi əməliyyatlar dayandırılıb. Atəşkəsə riayət edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MonitorinqMərkəzi  





Xəbər lenti