“Sonadək azərbaycanlı qardaşlarımızın yanında olacağıq” - Hulusi Akar

 “Sonadək azərbaycanlı qardaşlarımızın yanında olacağıq” -  Hulusi Akar
  02 Dekabr 2020    Oxunub:2171
Azərbaycan həm meydanda, həm də masada mühüm uğur qazandı
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O, Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün 11 noyabrda rusiyalı həmkarı Sergey Şoyqu ilə videokonfrans vasitəsilə anlaşma memorandumu imzaladıqlarını xatırladıb:

"Nazir müavinimiz bunun texniki detallarını müzakirə edərək yekunlaşdırdı. Razılaşma əldə edildi. Orada müştərək monitorinq mərkəzinin yaradılması üçün bir maneə qalmadı. İndi mərkəzin inşası aparılır.

Azərbaycanlı qardaşlarımızla hərbi təhsil, təlim sahələrində birgə fəaliyyətimiz davam edir. İnşallah bu mövzuda əlimizdən gələni qardaşlarımız üçün edəcəyik və sonadək azərbaycanlı qardaşlarımızın haqlı davalarında yanlarında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: atəşkəs  





Xəbər lenti