İrəvan vaxtilə rədd etdiyi "hamının hamıya" prinsipinin tətbiqini istəyir

 İrəvan vaxtilə rədd etdiyi "hamının hamıya" prinsipinin tətbiqini istəyir
  02 Dekabr 2020    Oxunub:2603
Ermənistan əsirlərin geri qaytarılması prosesində "hamının hamıya” prinsipinin tətbiq olunmasını təklif edir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşündə deyib.

Bundan əlavə, yeni əsirlərin dərhal geri qaytarılması üçün heç bir ilkin şərt irəli sürülmədən mexanizm yaradılması təklif olunur.

Görüş zamanı əsirlərin geri qaytarılması, itkin düşənlərin və cəsədlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan hələ 2016-cı ildə BQXK vasitəsilə Ermənistanda saxlanılan şəxslərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. Bu təklif müharibə başlayanadək dəfələrlə səsləndirilib, Minsk qrupunun həmsədrləri təəfindən dəstəklənsə də, İrəvan onu rədd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: hamınınhamıya  





Xəbər lenti