Cəbrayılda məhv edilən erməni polkovnik Azərbaycan dilində danışırmış - FOTO

Cəbrayılda məhv edilən erməni polkovnik Azərbaycan dilində danışırmış -  FOTO
  03 Dekabr 2020    Oxunub:17523
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni döyüşçüləri arasında hərbçilərlə yanaşı xeyli sayda könüllü, muzdlu və terrorçular da var.
5 mindən çox itki verən Ermənistan ordusunun gizlətdiyi ölü siyahısında xüsusi xidmət orqanları əməkdaşlarının da adları yer alır.

Azvision.az -ın məlumatına görə, onlardan biri yüksək rütbəli erməni zabiti Vahaqn Tumasyandır. Atasının erməni KİV-lərinə bildirdiyinə görə, Tumasyan Cəbrayıl istiqamətində xüsusi əməliyyatda iştirak edib.



“Oğlum polkovnik-leytenant Tumasyan əməliyyatdan sonra 12 oktyabrda təkbaşına digər istiqamətdə vacib bir tapşırığı yerinə yetirməyə gedib. Orada onunla birlikdə xüsusi dəstənin komandiri, polkovnik-leytenant Vahaqn Asatryan da öldürülüb”, - Tumasyanın atası deyib.



Onun sözlərinə görə, oğlu Vahaqn Tumasyan Azərbaycan dilində sərbəst danışa bilirmiş.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cəsus   AzərbaycanOrdusu  





Xəbər lenti