Ermənistanda müxalifət ümumxalq mitinqi keçirəcək

 Ermənistanda müxalifət ümumxalq mitinqi keçirəcək
  02 Dekabr 2020    Oxunub:1906
Ermənistan müxalifəti 5 dekabrda İrəvanda ümumxalq mitinqi keçirməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat İveta Tonoyan deyib.

"Sizi 5 dekabr saat 15.00-da İrəvanın Azadlıq meydanında keçiriləcək ümumxalq mitinqinə dəvət edirik. Laqeyd deyilsinizsə, iştirak edin. Ermənistanı xilas etmək naminə", - Tonoyan "Facebook"da yazıb.

Qeyd edək ki, Ermənistanda 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir.

Ermənistan Xüsusi İstintaq Xidməti qanunsuz aksiyalarla bağlı cinayət işi açıb, saxlanılanlar var.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İrəvan   Mitinq  





Xəbər lenti