Putin göstəriş verdi: Rusiyada kütləvi peyvəndləmə başlayır

 Putin göstəriş verdi:  Rusiyada kütləvi peyvəndləmə başlayır
  02 Dekabr 2020    Oxunub:1937
Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Tatyana Qolikovaya gələn həftədən koronavirusa qarşı kütləvi peyvəndləmə aparmağı tapşırıb. .
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin gələn həftənin sonundan kütləvi peyvəndləmənin başlanmasını istəyib.

Qolikova əvvəlcə hazırlıq barədə məruzə etmək istəsə də, Putin "məlumat verməyin, başlayın”, deyib.

Xatırladaq ki, Rusiya dünyada ilk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndini hazırlayıb. Bu peyvənd Putinin qızı və bir sıra dövlət rəsmiləri üzərində sınaqdan keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti