Ceyhun Bayramov Lavrovla Qarabağ bəyanatını müzakirə edib - YENİLƏNİB

 Ceyhun Bayramov Lavrovla Qarabağ bəyanatını müzakirə edib -  YENİLƏNİB
  03 Dekabr 2020    Oxunub:2769
Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az-a bildirilib ki, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: Rusiya   XİN  





Xəbər lenti