Fransada məscid təhqir edildi

Fransada məscid təhqir edildi
  03 Dekabr 2020    Oxunub:1739
Fransanın paytaxtı Paris yaxınlığında məscidə qarşı təhqiramiz hərəkətlər edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Breteni-sür-Orj şəhərində baş verib.

Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında avtomobillə məscidin qapısından içəri daxil olublar. Onlar yanğınsöndürən balonlarının mayesini ibadət yerinə boşaldıb, daha sonra hadisə yerindən qaçıblar.

Faktla əlaqədar yerli polisə məlumat verilib. Araşdırma aparılır.

Azvision.az


Teqlər: Fransa   Məscid  





Xəbər lenti