“Qarabağ”da koronavirusa yoluxanların adları açıqlandı

“Qarabağ”da koronavirusa yoluxanların adları açıqlandı
  03 Dekabr 2020    Oxunub:2587
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.
Azvision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçidə koronavirus aşkarlanıb.

Daha öncə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçi Elvar Quliyevdə də testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ müalicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

Azvision.az


Teqlər: Qarabağ   Koronavirus  





Xəbər lenti