COVID-19 xərçəng xəstələrində azı 2 ay qalır

 COVID-19 xərçəng xəstələrində azı 2 ay qalır
  03 Dekabr 2020    Oxunub:2529
ABŞ-da koronavirusa yoluxan xərçəng xəstələri üzərində araşdırma aparılıb. Məlum olub ki, xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19 iki aydan çox qalır.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xərçəng xəstələrinin COVID-19-u yayma müddəti digər insanlarla müqayisədə daha uzun çəkir.

Həmin xəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə edilir.

Bundan başqa, tədqiqatlar zamanı koronavirusdan sağalan xərçəng xəstələrində antitellərin yaranmadığı aşkarlanıb.

Azvision.az



Teqlər: Xərçəng   Koronavirus  





Xəbər lenti