Trampın qızı siyasi karyeraya başlamaq istəyir

Trampın qızı siyasi karyeraya başlamaq istəyir
  03 Dekabr 2020    Oxunub:1546
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp atası dövlət başçısı vəzifəsindən getdikdən sonra siyasi karyeraya başlamaq barədə düşünür.
Azvision.az xəbər verir ki, bu barədə “Washington Post” Tramp ailəsinə yaxın mənbələrə istinadən yazıb.

Bildirilir ki, İvanka hər hansı siyasi vəzifəyə namizəd olmaq və yaxud respublikaçıların dairələrində nüfuzunu gücləndirərək siyasi karyerasını inkişaf etdirmək fikrindədir.

Onun prezidentliyə namizəd olub-olmayacağına dair suala birbaşa cavab verməkdən çəkindiyi qeyd olunur.

Nəşrə görə, İvanka ABŞ prezidentinin müşaviri olduğu dörd ildə "Amerikanı yenidən qüdrətli edəcəyik” proqramının fəal müdafiəçisi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti