Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd tapdı

Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd tapdı
  03 Dekabr 2020    Oxunub:2056
Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın yerinə vahid namizədi ölkənin sabiq baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.
Azvision.az xəbər verir ki, bu barədə "Vətən" partiyasının idarə heyətinin üzvü Robert Arutunyan bildirib.

Onun sözlərinə görə, Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq.

Xatırladaq ki, Manukyan Qarabağda müharibə zamanı Paşinyanı istefaya getməyə və hakimiyyəti orduya verməyə çağırmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VazgenManukyan  





Xəbər lenti