Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir

 Erməni milyarderlər də Paşinyanın istefasını tələb edir
  03 Dekabr 2020    Oxunub:1871
Rusiyada yaşayan erməni milyarderlər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Azvision.az -ın məlumatına görə, Qarabağdakı ağır məğlubiyyət səbəbindən Paşinyana qarşı çıxan iş adamları bununla bağlı mətbuata bəyanatla çıxış etməyə hazırlaşırlar.

“Moskvada yaşayan bir neçə tanınmış soydaşımız bu gün və ya sabah Nikol Paşinyanın istefasını tələb edən açıqlama verəcək. Açıqlama zəngin iş adamları olan “Elan Monarkh” şirkətinin sahibi Sergey Hambardzumyan, “Tashir” şirkətinin rəhbəri Samvel Karapetyan və Ruben Vardanyan tərəfindən ediləcək. Bu bəyanat bir daha sübut edəcək ki, Rusiya hakimiyyət orqanlarının bu günlərdə Nikol Paşinyana ünvanladığı təriflər formal, diplomatik nəzakətin təzahürüdür”, - deyə erməni KİV-ləri yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Erməni-işadamları   İstefa   Paşinyan  





Xəbər lenti