Şuşadan qaçan ermənilər İrəvanda etiraz edir: “Əlacsız qalmışıq”
“Bizə bura Şuşanın "rəhbərlərindən" kiminsə gələ biləcəyi barədə məlumat verildi. Həm mənim, həm də qızımın ailəsi Şuşada yaşayırdı. Digər “şuşalılar” kimi biz də hər şeyimizi şəhərdə qoyub bura gəlmişik. Yalnız sənədləri özümüzlə götürmüşük. Hazırda Ermənistanda əlacsız qalmışıq, bundan sonra nə olacağını bilmirik. Mənzil, iş problemlərimiz var. Uşaqlarımıza görə narahatıq. Qonşularla əlaqə saxlayırıq və bəziləri Xankəndinə getdiyini, orada kirayə ev götürdüklərini deyirlər. Bu variantı da müzakirə edirik. Nə edək, sadəcə başqa seçimimiz yoxdur”, -deyə uzun müddət Şuşada qanunsuz məskunlaşmış erməni qadın jurnalistlərə bildirib.
Tural Tağıyev
Azvision.az